Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir" -  Ekspert

"Doing Business" hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaydığı məlumata görə, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz əvvəlki ildəki hesabatda olduğu kimi, bu dəfə də dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub.

Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın göstəricisi 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.
Yenilənən göstəricilərdən “elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurları (sayla), vaxtı (günlərlə), xərci (adambaşına düşən milli gəlirə faiz nisbəti ilə) və təchizatın etibarlılığı və tariflərin şəffaflığı indeksi ilə ölçülür. İİTKM-nin məlumatına görə, ölkəmizdə müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırıb və bu sahədə sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olub. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilib və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılıb. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapıb. Hərçənd ki, müvafiq göstəricilər daha öncə hesabatda müvafiq olaraq 7 və 41 gün kimi əks olunmuşdu.

“Müqavilələrin icrası” indikatoru üzrə “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsilə hər bir ölkənin öz məhkəmə sistemində 4 sahə - məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyi müəyyən edilir. Bununla da ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunması müvafiq sub-indikator üzrə Azərbaycanın göstəricisinin 6,5 baldan 10,5 bala kimi artırılmasına səbəb olub.

“Doing Business" hesabatı sərhəddə ticarət indikatoru üzrə ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində 3 prosedur qrupu ilə əlaqədar vaxt və xərcləri qiymətləndirir. Beləliklə, müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5, “idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit edilib. Müqayisə üçün deyək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi. Beləliklə, gömrük sahəsində aparılmış islahatlar, o cümlədən idxal-ixrac əməliyyatlarında prosedurların sayının azaldılması və sadələşdirilməsi Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə öz əksini tapıb.

Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Hesabatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir.

“Doing Business” komandası hesabat hazırlanması məqsədilə ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə etibarlı məsləhətçi şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Yekunda “Doing Business” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda baza rolunu oynayır. Bu baxımdan “Doing Business” hesabatı üzrə mövqe digər ölkələr kimi, Azərbaycan üçün də əhəmiyyətlidir.

Azərbaycanın hesabat üzrə ildən-ilə daha da yaxşılaşan mövqeyinə təsir edən faktorlara gəlincə, şübhəsiz ki, burada ölkədə aparılan hərtərəfli islahatların rolu böyükdür. Bununla da ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyişlər baş verib.

Bundan əlavə, ölkə başçısının "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə kompleks tədbirlərin görülməsinə başlanılıb. Hər iki amilin "Doing Business 2015" hesabatında 189 dövlət arasında 80-ci yerdə qərarlaşan ölkəmiz 2016-cı il hesabatında 63-cü, 2017-ci il hesabatında 65-ci, 2018-ci il hesabatında 57-ci, 2019-cu il hesabatında isə 25-ci olub.

Tufan Məmmədov – iqtisadçı-ekspert

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar